Azərbaycan cüdoçuları Avropa çempionatında 5 medal qazanıblar

22 Noyabr, 11:24 Sosial mediada paylaşın:
Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa çempionatı başa çatıb.
Mötəbər yarışın son günü daha üç cüdoçumuz medal qazanmağa müvəffəq olub. Qadınların yarışında İrina Kindzerska (+78 kq) gümüş, kişilərin mübarizəsində isə Məmmədəli Mehdiyev (-90 kq) və Zelim Kotsoyev (-100 kq) bürünc medal qazanıb. Beləliklə Azərbaycan cüdoçuları nüfuzlu yarışda 5 medal qazanıblar. Çempionatın əvvəlki günlərində Orxan Səfərov (-66 kq) qızıl, Rüstəm Orucov (-73 kq) bürünc medala sahib olub. Qeyd edək ki, Avropa çempionatında qitənin 40 ölkəsindən 345 cüdoçu mübarizə aparıb.

CANLI YAYIM