Basketbol üzrə Türkiyə millisinin baş məşqçisi Ufuk Sarıca istefaya göndərilib

21 Noyabr, 11:16 Sosial mediada paylaşın:
Basketbol üzrə Türkiyə millisinində gözlənilməz ayrılıq qeydə alınıb. Heç kimin gözləmədiyi halda qardaş ölkənin basketbol federasiyası milli komandanın baş məşqçisini istefaya göndərib.
Basketbol üzrə Türkiyə millisinin baş məşqçisi Ufuk Sarıca istefaya göndərilib. Bu barədə Türkiyənin Basketbol Federasiyası rəsmi məlumat yayıb. Amma federasiyanın belə bir addım atmasının səbəbləri haqda heç bir rəsmi informasiya yoxdur. Maraqlıdır ki, bir həftə sonra Türkiyə millisi 2022-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlarını keçirəcəkdi. Qardaş ölkə mətbuatının yazdığına görə, Ufuk Sarıca “Anadolu Efes”in milliləşdirilmiş lideri Şeyn Larkini heyətə daxil etmək istəmirdi. Bu da federasiyanın narazılığına səbəb olub. Tərəflər razılığa gələ bilməyincə, Sarıca istefaya göndərilib. Yaxın günlərdə Orhun Enenin milliyə baş məşqçi təyin olunacağı gözlənilir. Maraqlıdır ki, Ene ötən ay “Tofaş” klubundan istefa vermişdi.

CANLI YAYIM