Qurban Qurbanov: "İnanıram ki, Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır"

20 Noyabr, 13:15 Sosial mediada paylaşın:
Bu gün 27 il sonra Ağdam şəhəri və kəndləri işğalçı Ermənistan tərəfindən boşaldılaraq ordumuza təhvil verilib.
Bununla əlaqədar "Qarabağ"ın baş məşqçisi  Qurban Qurbanov bu haqda öz fikirlərini bölüşüb: "Bu gün bizim üçün çox böyük bir gündür. İllərdir həsrətini çəkdiyimiz torpaqlara geri dönürük və klub olaraq təmsil etdiyimiz Ağdam  şəhəri artıq bu gün işğaldan azad olunur. İnanıram ki, komandanın həm kapitanı, həm baş məşqçisi olmuş Allahverdi Bağırovun və digər şəhidlərimizin ruhu şaddır. Böyük qürurla Ağdamda oynayacağımız ilk oyunu gözləyirik. Bir daha başda cənab Ali Baş Komandan olmaqla ordumuza bizə bu hissləri yaşatdığı üçün təşəkkür edirəm".

CANLI YAYIM