Nadal yarımfinala vəsiqə qazanıb

20 Noyabr, 17:13 Sosial mediada paylaşın:
Kişi tennisçilər mövsümə Böyük Britaniyanın paytaxtı Londonda yekun vurur.
Orada ümumi mükafat fondu 5 milyon 700 min dollar olan ilin ATP seriyalı sonuncu yarışı keçirilir. Bi qrupunun sonuncu turunda avstriyalı Dominik Timlə rusiyalı Andrey Rublyov qarşılaşıb. Görüşün favoriti Dominik Tim olsa da, rusiyalı raketka ustası hər iki setdə qalib gəlib. Buna baxmayaraq, avstriyalı idmançı yarımfinal mərhələsinə vəsiqə əldə edib.
Qrupun digər görüşündə ispaniyalı Rafael Nadalla yunanıstanlı Stefanos Tsitsipas üz-üzə gəlib. Duel 2 saat 6 dəqiqə davam edib. Gərgin mübarizədə Nadal rəqibindən üstün olaraq yarımfinala yüksəlib. A qrupunda isə rusiyalı Daniil Medvedev pley-offa vəsiqəni təmin edib.  

CANLI YAYIM