"Anadolu Efes" "Ximki"ni darmadağın edib

20 Noyabr, 16:07 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 10-cu tur başlanıb.
İlk oyun günündə maraqla gözlənilən qarşılaşmalardan biri də liderlər qrupunda yarışan “Bavariya” ilə ÇSKA arasında olub. Başabaş gedən mübarizənin yekununda Moskva təmsilçiləri qalib gəliblər. “Bavariya” – ÇSKA: 81-89. Buna baxmayaraq “Bavariya” 2-ci pillədədki mövqeyini qoruyub. ÇSKA isə ilk üçlüyü tamamlayır.
Moskvanın digər komandası “Ximki” isə qardaş Türkiyənin “Anadolu Efes” klubu ilə üz-üzə gəlib. Türkiyə basketbolçuları böyük hesabla qalib gəliblər. 105-77.
“Baskoniya” – “Panatinaikos” görüşündə isə meydasn sahibləri qələbə qazanıblar. İspaniya basketbolçuları 21 xal fərqilə üstün olublar - 93-72.

CANLI YAYIM