Azərbaycan premyer liqasında liderlik uğrunda oyun

20 Noyabr, 12:26 Sosial mediada paylaşın:
Liqasının oyunları əlaqədar Azərbaycan Premyer Liqasında yararan qısa fasilə başa çatır. Sabah ölkə çenpionatında 10-cu tura start veriləcək. Turun mərkəzi qarşılaşması “Qarabağ” və “Sumqayıt” komandaları arasında olacaq.
matçına maraq böyükdür. 9 oyuna 15 xal toplayan komandalardan hər hansı biri bu matçda qalib gələcəyi təqdirdə vahid liderliyə yüksələ bilər. “Zirə”nin də eyni xala malik olaması mübarizəni bir qədər də kəskinləşdirib. “Qarabağ” görüşə itkilərlə çıxacaq. Komandanın kapitanı Maksim Medvedev və Rahil Məmmədovun koronavirusa yoluxması, eləcə də Bədavi Hüseybovun millinin son oyununda zədələnməsi Ağdam komandasının işini çətinləşdirib. Baş məşqçi Qurban Qurbanov da heyətlə bağlı qayğılarını gizlətməyib. 
Yeni mövsümdə inamlı çıxışı ilə diqqət çəkən “Sumqayıt” klubunda da isə əhval-ruhiyyə yaxşıdır. Hazırda turnir cədvəlinə başçılıq edən “Gənclik şəhəri” təmsilçiləri qarşıdakı oyunua ciddi hazırlaşır. Komandanın baş məşqçisi Ayxan Abbasov “Qarabağ”la matçda sərfəli nəticəuə ümid edir.
Noyanrın 21-i keçiriləcək “Qarabağ” – “Sumqayıt” görüşü saat 16-da başlanacaq. Qarşılaşma “Azersun Arena”da olacaq.

CANLI YAYIM