Azərbaycan cüdoçusu Orxan Səfərov Avropa çempionu olub

20 Noyabr, 10:09 Sosial mediada paylaşın:
Çexiyanın paytaxtı Praqada cüdo üzrə Avropa çempionatı start götürüb.
Nüfuzlu yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu olub. Cüdoçumuz Orxan Səfərov (66 kq) İtaliya, Slovakiya, Almaniya, Serbiya və İsrail cüdoçularını məğlub edərək Avropa çempionu adını qazanıb. Mükafatlandırma mərasimində qızıl medalı qəbul edən Azərbaycan cüdoçusunun şərəfinə üçrəngli bayrağımız qaldırılıb, dövlət himnimiz səsləndirilib. Qeyd edək ki, mötəbər yarışda Avropanın 40 ölkəsindən 345 cüdoçu qüvvəsini sınayır. Qitə çempionatına noyabrın 21-də yekun vurulacaq.

CANLI YAYIM