MBA-da draft mərasimi keçirilib

19 Noyabr, 12:32 Sosial mediada paylaşın:
Amerika peşəkar idman liqaları üçün xarakterik olan draft mərasiminin MBA-da xüsusi çəkisi var. Universitetdə çıxış edən basketbolçuların dünyanın ən güclü liqasında çıxış etmək üçün klublardan tərəfindən seçilməsi həmişə Amerika idman ictimaiyyətinin əsas gündəm mövzularından birinə çevrilir.  Hər il keçirilən draft mərasimi bu dəfə də böyük diqqətə səbəb olub.
MBA-da ənənəvi draft mərasimi keçirilib.  Amma bu dəfə tədbir ənənəvi qaydada yox, videokonfrans şəklində təşkil olunub. Buna rəğmən draftın reqlamentində heç bir dəyişiklik baş verməyib. Yenə də adəti üzrə liqanın 30 klubu iki mərhələ üzrə 60 oyunçunu öz sıralarına cəlb etməli idi. Son mövsümün nəticələrinə görə, müntəzəm çempionatı aşağı sıralarda bitirən komandalar draftda ən güclü oyunçuları ön sıralardan seçmək hüququna malikdir. Bu dəfə də eyni ssenari qeydə alınıb. “Minnesota” klubu Corciya universitetinin müdafiəçisi Entoni Edvardsı ilk sıradan seçib. Memfisdən olan Ceyms Uayzmen isə ikinci sıradan “Qolden Steyt”ə qismət olub. “Şarlot”a gəlincə, Maykl Cordanın rəhbərlik etdiyi komanda 3-cü sıradan “İllavarra”nın müdafiəçisi Lamello Bolla sahib çıxıb. Draftda Avropa klublarında çıxış edən basketbolçular da yer alıb. Onlar arasında ən yüksək göstəriciyə “Makkabi”də çıxış edən Deni Avdiya nail olub. Təl-Əviv klubunun forvardı 9-cı sıradan “Vaşinqton”a keçib.

CANLI YAYIM