"Qarabağ" - "Sivasspor" oyununun azarkeşsiz keçiriləcəyi dəqiqləşib

19 Noyabr, 11:05 Sosial mediada paylaşın:
"Qarabağ"ın UEFA Avropa Liqasının I qrupunun 4-cü turunda Türkiyədə "Sivasspor"la keçirəcəyi ev oyununa azarkeş buraxılmayacağı dəqiqləşib.
Buna ölkədə koronavirus pandemiyasına görə fanatlarla bağlı qadağa qərarının qüvvədə saxlanılması səbəb olub. Bir müddət öncə Türkiyə Futbol Federasiyası oyunlarda məhdud sayda azarkeşin iştirakına icazə verilə biləcəyini açıqlamışdı.
Qeyd edək ki, noyabrın 26-da İstanbul şəhərindəki "Başakşehir Fatih Terim" stadionunda keçiriləcək "Qarabağ" - "Sivasspor" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq. Azərbaycan təmsilçisi ölkədəki hərbi vəziyyətlə əlaqədar ev oyunlarını neytral meydanda keçirir.

CANLI YAYIM