MBA-da yeni mövsümün təqvim planı təsdiqlənib

18 Noyabr, 15:11 Sosial mediada paylaşın:
Koronavirus pandemiyasına görə ötən mövsüm MBA oyunları ənənəvi formatda keçirilmədi. Bəşəri bəlanın təsirləri növbəti mövsümdə hiss olunacaq. Liqanın təsdiqlədiyi yeni formata diqqət ayırarkən, bunu görmək olar.
MBA-da yeni mövsümün təqvim planı təsdiqlənib. Bu barədə qurumun rəsmi saytında məlumat verilib. Plana əsasən komandalar dekabrın 11-dən hazırlıq oyunlarına start verəcəklər. Müntəzəm çempionatın oyunları isə dekabrın 22-də başlayacaq. Hər bir komanda isə mayın 16-na qədər 72 oyun keçirəcək.  Bir müddət əvvəl “All Star” həftəsinin bu mövsüm təşkil olunmayacağı haqda məlumatlar dolaşsa da, NBA rəhbərliyi bu məlumatı təkzib edib. Beləliklə də, martın 5-10-u aralığında liqanın ən məşhur basketbolçularının bir məkana toplaşacağı dəqiqləşib.  Amma müntəzəm çempionat başa çatdıqdan sonra 7-10-cu yeri tutan komandalar pley-offa vəsiqə qazanmaq üçün pley-inn mərhələsində çıxış edəcək.  Pley-off oyunları isə mayın 22-də start götürəcək və mövsüm iyulun 22-də yekunlaşacaq.

CANLI YAYIM