Cokoviç tennis yarışlarının formatının dəyişdirilməsini istəyir

18 Noyabr, 17:11 Sosial mediada paylaşın:
Son vaxtlar tennis dünyasında gündəm olan şəxslərdən biri də Novak Cokoviçdir. Serbiyalı raketka ustası təkcə oyunu ilə yox, həm qalmaqallı açıqlamaları və hamını təəccübləndirəcək addımları ilə də yadda qalır. Novak bu dəfə də ənənəsinə sadiq qalıb.
Novak Cokoviç tennis yarışlarında qaydalarda dəyişikliyin zərurətindən danışıb.  ATP reytinqində ilk pillədə qərarlaşan serbiyalı raketka ustası  5 setlik formatın əleyhinədir.O deyib: “Mən 3 setlik formatın tərəfdarıyam. Hərçənd “Böyük Dəbilqə” seriyasında  5 setlik formatdan istifadə olunur.  Əlbəttə,razılaşıram ki, bu sistem illərdən bəri formalaşıb. Onu dəyişə biləcəyimizi söyləmək çətindir. Soruşa bilərsiniz ki, niyə belə bir mövqe tuturam? Mənə elə gəlir ki, bizim iştirak etdiyimiz turnirlərin sayı həddindən artıq çoxdur. Ümumiyyətlə, heç bir idman növündə mövsüm tennisdəki qədər uzun olmur. Biz yanvarın əvvəlindən noyabrın sonuna qədər oynayırıq.  Demək olar ki, hər həftə turnir keçirilir. Bütün bunlar gənc nəslin tennisə marağını azaldır. O  tennisə cəlb etmək üçün müəyyən güzəştlərə getməliyik. Tennis həvəskarlarının orta yaş göstəricisi heç  bilirsiniz  neçədir? 61! Biz ətrafımıza gəncləri toplamalıyıq. Ümumiyyətlə, həm format, həm də reqlament dəyişilməlidir.
 

CANLI YAYIM