Türkiyə klubları üçün uğursuz tur

18 Noyabr, 13:30 Sosial mediada paylaşın:
Basketbolçuların Avropa Liqasında 9-cu turun 5 oyunu keçirilib. Qarşılaşmaların 3-də qonaqlar,  2-də meydan sahibləri qələbə qazanıblar. Turun nisbətən məhsuldar İspaniyada olub. Orada “Valensiya” və “Panatyinaikos” komandaları qarşılaşıblar.
Avroliqaya yaxşı başlayan “Valensiya” 9-cu turda öz meydanında “Panatinaikos”dan üstün olub. 4 periodun yekununda 95:83 hesabı qeydə alınıb. Bu, Yunanıstan basketbolçularının ardıcıl 3-cü məğlubiyyətidir.
İspaniyanın daha bir komandası – “Baskoniya” da qalib gəlib. “Fənərbağça” ilə üz-üzə gələn komanda böyük fərqlə üstün olub 86-68. İspaniya klubu ardıcıl 3 məğlubiyyətdən sonra qələbə sevinci yaşayıb.
3 görüşdür qalib gələn “Anadolu Efes”in uğurlu seriyası qırılıb. Türkiyə klubu öz meydanında “Bavariya” ilə bacarmayıb 71:74.
Moskva SSKA-sı isə inamlı çıxışını davam etdirir. “Hərbçilər” Litva səfərində “Jalgiris” Kaunası da məğlubiyyətə uğradaraq ardıcıl 4-cü qələbələrini qazanıblar. Paytaxt basketbolçuları hazırda yarış cədvəlində ilk 3-lüyü tamamlayırlar.
Rusiyanın digər komandalarının mübarizəsində “Zenit”lə “Ximki” qarşılaşıb. Qonaqlar favorit hesab olunan rəqiblərinə 88:83 hesabilə qalib gəliblər. Qeyd edək ki, hazırda yarış cədvəlinə “Barselona” başçılıq edir.

CANLI YAYIM