Azərbaycan Kubokunun püşkü atılacaq

17 Noyabr, 13:27 Sosial mediada paylaşın:
Azərbaycan Kubokunda 2020/2021-ci illər mövsümünün iştirakçı komandaları müəyyənləşdi.
Yarışda Premyer Liqanın 8 komandası ilə yanaşı, I Divizion təmsilçiləri olan “Turan Tovuz”, “Zaqatala”, “Kəpəz” və “Qaradağ Lökbatan” mübarizə aparacaq. Püşkatma mərasimi 24 noyabr tarixdə AFFA-nın inzibati binasında keçiriləcək. Saat 13:00-da başlayacaq tədbir Azərbaycan Respublikası ərazisində koronavirus pandemiyası səbəbindən karantin rejimi tətbiq olunduğuna görə klub və KİV nümayəndələri üçün qapalı olacaq.

CANLI YAYIM