"Ayaks"ın futbolçusu "Mançester Yunayted" və "Yuventus"un hədəfindədir

17 Noyabr, 15:00 Sosial mediada paylaşın:
“Mançester Yunayted” və “Yuventus” heyətini yeni futbolçu ilə gücləndirmək üçün mübarizəyə qoşulub.
Həm ingiltərəlilər, həm də Turin klubu “Ayaks”dan Rayan Qravenberxi transfer etmək istəyir. Hər iki komanda 18 yaşlı yarımmüdafiəçi üçün yüksək məbləğdə pul ödəməyə hazırdır. Onun “Ayaks”la müqaviləsi isə 2023-cü ilin yayına qədərdir. Qeyd edək ki, Qravenberx bu mövsüm Hollandiya çempionatında 6 matça çıxaraq 2 qol vurub. O, Çempionar Liqasında 3 oyun keçirib.

CANLI YAYIM