PSJ Serxio Ramosu transfer etmək istəmir

17 Noyabr, 14:00 Sosial mediada paylaşın:
PSJ “Real”ın kapitanı Serxio Ramosu transfer etmək istəmir.
Fransa mətbuatının məlumatına görə, bundan əvvəl paytaxt təmsilçisinin 34 yaşlı müdafiəçini almaq istədiyi haqda məlumatlar yayılsa da, klubun belə bir planı olmadığı məlum olub. Xəbərdə hazırda PSJ-nin əsas hədəfinin Mbappe ilə müqaviləni yeniləmək olduğu bildirilib. Qeyd edək ki, Mbappe-nin PSJ ilə hazırkı müqaviləsinin müddəti 2022-ci ilin yayında başa çatır. Ramosun “kral klubu” ilə sözləşməsinin müddəti isə bu mövsümün sonunda bitəcək.

CANLI YAYIM