Luis Suares koronavirusa yoluxub

17 Noyabr, 13:00 Sosial mediada paylaşın:
İspaniyanın "Atletiko" klubunun və Uruqvay millisinin futbolçusu Luis Suares koronavirusa yoluxub.
33 yaşlı hücumçunun testi müsbət nəticə verib. O, qarşıdakı oyunlarda komandasına kömık edə bilməyəcək. Qeyd edək ki, Uruqvay yığması noyabrın 18-də Braziliya ilə dünya çempionatının seçmə oyununda üz-üzə gələcək. Həmin matçdan 3 gün sonra isə "Atletiko" İspaniya La Liqasının 10-cu turunda "Barselona" ilə qarşılaşacaq.

CANLI YAYIM