Güləş üzrə dünya kubokunun proqramı müəyyənləşib

17 Noyabr, 10:47 Sosial mediada paylaşın:
Güləşçilərimiz daha bir ciddi sınaq qarşısındadırlar.
Serbiyanın paytaxtı Belqradda Dünya Kuboku turniri keçiriləcək. Artıq mötəbər yarışın proqramı müəyyənləşib. Fəxri mükafat uğrunda mübarizə dekabrın 12-dən 18-dək keçiriləcək. İk 3yarış günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxacaqlar. Dekabrın 14-dən 16-adək qadınlardan ibarət komandamız mükafatlar uğrunda mübarizə aparacaq. Daha sonra sərbəst güləşçilər yarışacaqlar. Turnirin mükafat fondu 300 min İsveçrə frankıdır.

CANLI YAYIM