Ramil Şeydayev: "Uğura birgə nail olacağıq"

16 Noyabr, 16:30 Sosial mediada paylaşın:
"Evimizə 3 xalı gətirə bilmədik, amma ruhdan düşmürük". Bu fikirləri Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev UEFA Millətlər Liqasının V turunda Monteneqro yığması ilə qolsuz heç-heçə etdikləri ev matçından sonra şəxsi "İnstagram" hesabında yazıb.
"Sabah"ın 24 yaşlı hücumçusu qrup mərhələsinin son turunda Lüksemburq yığmasıylla sabahkı səfər matçına hazırlaşdıqlarını vurğulayıb: "Biz komandayıq və mütləq uğura birlikdə nail olacağıq".
Qeyd edək ki, "Jozi Bartel" stadionunda keçiriləcək Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.

CANLI YAYIM