MotoGP-də mövsümün çempionu ispaniyalı pilot olub

16 Noyabr, 17:30 Sosial mediada paylaşın:
Moto GP üzrə dünya çempionatında növbəti mərhələ İspaniyada keçirilib. Sonuncu yarış olan Valensiya Qran-prisində “Suzuki” komandası 20 ildən sonra titul əldə edib. İspaniyalı pilot mövsümün çempionu olub.
Moto GP üzrə Valensiya Qran-Prisində 24 idmançı mübarizə aparıb. İştirakçılar Rikardo Tormo transında 27 dövrə vurublar. Yarışın qalibi “Yamaha” komandasının üzvü Franko Morbidelli olub. “Pramak-Dukati”dən Cek Miller liderdən 0.093 saniyə geri qalaraq ikinci pillədə qərarlaşıb. Pol Esparqaro isə il üçlüyü tamamlayıb. Joan Mir finiş xəttini liderdən 7-ci yerdə keçsə də, bu nəticə onun ümumi sıralamadaki liderliyinə təsir etməyib və beləcə ispaniyalı pilot 171 xalla mövsümün çempionu olub. Qeyd edək ki, “Suzuki” komandası 20 ildən sonra ilk dəfə çempionluq yaşayıb. Sonuncu dəfə 2000-ci ildə Kenni Roberts “Suzuki”də fəxri mükafat qazanmışdı.

CANLI YAYIM