Sinner Sofiyada yarımfinala yüksəlib

13 Noyabr, 15:30 Sosial mediada paylaşın:
Bolqarıstanın paytaxtı Sofiyada beynəlxalq tennis turniri davam edir. Artıq yarışda 1/4 final mərhələsi yekunlaşıb. ATP seriyalı turnirdə favoritlər etimadı doğrultmaqdadır.
Sofiyada beynəlxalq tennis turnirinin növbəti mərhələsi yekunlaşıb. 1/4 finalda maraqla gözlənilən görüşlərdən birin italiyalı Yannik Sinnerlə avstraliyalı Aleks De Minaur arasında olub. Duelə daha yaxşı başlayan avstraliyalı raketka ustası ilk setdə qalib gəlsə də, sonradan təşəbbüsü əldən verib. Nəticədə son iki hissədə qələbə qazanan Sinner yarımfinala yüksəlib.
Mərhələdə həmçinin fransalı Adrian Mannarino ilə moldovalı Radu Albotun dueli diqqət çəkib. Görüş 2 saatdan çox davam edib. İlk setdə 6:2 hesabı ilə qalib gələn fransalı tennisçi növbəti hissədə rəqibinə məğlub olub. Sonuncu setdə yenidən üstünlüyü ələ alan Mannarino mərhələ adlayıb. Mükafat fondu 325 min 615 avro olan yarışa noyabrın 14-də yekun vurulacaq.

CANLI YAYIM