"Barselona" "Fənərbağça"ya heç bir şans verməyib

13 Noyabr, 13:18 Sosial mediada paylaşın:
Baskletbol üzrə Avroliqada 8-ci tur başlanıb. Turnirin lideri “Barselona” uğurlu seriyanı davam etdirir. Yarışın iddialı komandalarından olan ÇSKA və “Olimpiakos” da görüşlərini qələbə ilə başa vurub.  Turun  gözləniməz nəticəsi isə İsraildə qeydə alınıb. 
Turnirin lideri “Barselona” 8-ci turda “Fənəbağça”nı qəbul edib. Görüşün startından təşəbbüsə yiyələnən meydan sahibləri qələbə qazanmaqda çətinlik çəkməyiblər. “Barselona” 42 xal fərqi ilə üstün olub – 97:55.
İspanların ən yaxın izləyicisi “Olimpiakos” da rəqibini məğlub edib. Yunanıstanda  “Alba” Berlin komandasını qəbul edən  “Olimpiakos”   basketbolçuları 75-71 hesabı ilə qalib gəliblər. 
Turnirində qələbə əsas namizədlərdən olan ÇSKA  “Baskoniya” ilə üz-üzə gəlib.  Moskva basketbolçuları  İspaniya klubunun ciddi təziqi ilə qarşılaşıb. Buna baxçayaraq “hərbiçilər” oyunu xeyrlərinə başa vurmağa nail olublar -  89:86.
Turun  gözləniməz nəticəsi İsraildə qeydə alınıb.  “Makkabi” Təl-Əviv”- “Jalgris” matçında qonaqlar favorit göstərilsələr də,  İsrail təmsilçiləri ilə bacarmayıblar. Makkabi” Təl-Əviv” rəqibinə göz açmağa imkan verməyib -  85:57

CANLI YAYIM