Makqreqorla Porye arasında növbəti döyüşlə bağlı razılıq əldə olunub

11 Noyabr, 17:34 Sosial mediada paylaşın:
Həbib Nurməhəmmədova məğlubiyyətdən sonra nüfuzunu geri qaytara bilməyən Konor Makqreqor münasib rəqib tapmaqda çətinlik çəkir. Amma deyəsən, gələn ilin əvvəlində irlandiyalı qaydasız döyüşçünün yeni planı baş tutacaq.
Konor Makqreqorla Dastin Porye arasında təkrar görüş baş tutacaq Amerika mətbuatının məlumatına görə UFC versiyası üzrə sabiq dünya çempionları  arasında artıq razılıq əldə olunub.  Halbuki, bir müddət öncə Dastinin maliyyə tələbləri Konoru razı salmırdı. Üstəlik irlandiyalı dekabrın 12-də oktaqona çıxmaq istəyirdi. Porye isə yanvarın 23-də qarşılaşmağın tərəfdarı idi.  Artıq görüşün tarixi ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Hər iki sabiq dünya çempionu yanvarın 23-də Las-Veqasda üz-üzə gələcək. Yeri gəlmişkən, bu iki döyüşçü 2014-cü ildə də qarşılaşmış və həmin qarşıdurmada Makqreqor ilk raundda rəqibini nokaut etmişdi.
Xatırladaq ki, 31 yaşlı Porye bu günə qədər keçirdiyi 32 görüşdə 26 qələbə qazanıbsa, 6 dəfə oktaqonu məğlub kimi tərk edib. 32 yaşlı Makqreqor isə 26 görüşdə 22 dəfə rəqibləri üzərində qalib gəlib, 4 dəfə uduzub.

CANLI YAYIM