Toni Parker basketbolun gələcəyinə görə narahatdır

8 Noyabr, 12:08 Sosial mediada paylaşın:
Koronavirus pandemiyası digər idman növlərinə olduğu kimi basketbola da ciddi zərbə vurub. Hətta demək olar ki, bəşəri bəla Avropa basketbolunu iflic vəziyyətinə salıb. Xüsusən də bu mənada Fransada vəziyyət acınacaqlı hal alıb. İş o həddə çatıb ki, vaxtı ilə MBA-da çıxış edən Toni Parker Fransa hökümətinə müraciət edib.
Məşhur MBA ulduzu, hazırda isə ASVEL klubunun prezidenti Toni Parker Fransa hökümətinə müraciət ünvanlayıb. Ötən illərin məşhur basketbolçusu koronavirusun ikinci dalğasının klubların çöküşünə səbəb olduğunu əsas gətirərək, höküməti onlara kömək etməyə səsləyib. Parkeri narahat edən isə azarkeşlərin arenaya buraxılmamasıdır. Bu isə klubların gəlir əldə etməsinin qarşısını alır. SİTAT “Bu proses belə davam etsə, biz məhv olacağıq. Klublar artıq can hayındadır. Mövsümü sona qədər azarkeşsiz keçirə bilmərik. Bu sadəcə, mümkünsüzdür! Belə olan məqamda dövlət bizə yardım etməlidir. Mən basketbolun gələcəyindən narahatam. Vəziyyətdən çıxış yolu tapmaq üçün müzakirələrə hazıram. Fransa basketbolunun resursları var. Amma biz möcüzə yarada bilmərik. Təkcə bir ayı azarkeşsiz keçirmək olar. Amma daha sonra bütün imkanlarımız tükənəcək”

CANLI YAYIM