"Barselona" ardıcıl 5-ci qələbəsini qazanıb

6 Noyabr, 15:10 Sosial mediada paylaşın:
Basketbol üzrə Avroliqada 7-ci tura start verilib. Qələbəyə əsas namizədlərdən sayılan “Barselona” ardıcıl 5-ci qəlbəsini qazanaraq lider mövqeyini qoruyub. Türkiyənin “Anadolu Efes” komandası “Makkabi Təl-Əviv”dən üstün olub.
     Almaniyada yerli “Alba”nın qonağı olan “Barselona”  inamlı qələbə qazanıb. Görüşün startından təşəbbüsə yiyələnən İspaniya basketbolçuları rəqiblərni məğlub etməkdə çətinlik çəkməyiblər. “Barselona”nın 103 xalına meydan sahibləri 67 xalla cavab veriblər.
    Turnirin iddialı komandalarından “Olimpiakos” da turu qələbə ilə başa vurub. Yunanıstan təmsilçisi Rusiyada “Zenit”dən üstün olub. 75-66 
    Türkiyənin “Anadolu Efes” komandası ardıcıl ikinci qələbəsini qazanıb. Istanbul klubu “Makkabi Təl-Əviv” keçən gərgin görüşdə iki xal fərqi ilə qalib gəlib. 91-89
     İlk 8-liyə çıxmaq uğrunda mübarizə aparan “Baskoniya” isə öz meydanında uduzub. İspaniya təmsilçiləri Fransanın “Lion” komandası ilə bacarmayıblar. Qonaqların 88-86 hesablı qələbəsi qeydə alınıb.

CANLI YAYIM