Boks ailəsinin diqqətinə: “Əsgərə Məktub Var” kampaniyası start götürür

4 Noyabr, 13:09 Sosial mediada paylaşın:
Azərbaycan Boks Federasiyası (ABF) torpaqlarımızın işğaldan azad olunmasını bizlərə nəsib edən igid əsgərlərimizə mənəvi dəstək üçün “Əsgərə Məktub Var” kampaniyasına start verir.Əsgərlərimizə mənəvi dəstək də vacib olduğundan ABF rəsmiləri və nümayəndələri, həmçinin məşqçilər cəbhə bölgəsinə tez-tez səfərlər edirlər. Gənc boksçularımızın Vətənimizin keşiyində duran əsgərlərimizə ürək sözlərini, dualarını məktub formasında bildirmələri, bizlərə gözəl qələbə sevinci yaşadan əsgərlərimiz üçün əvəzsiz bir dəstək hesab edilir.
Artıq bununla bağlı ilk məktublar rəsmilərimiz tərəfindən Ordumuzun üzvlərinə çatdırılıb. Həmin an tanımadıqları, yaşca kiçik insanlardan məktubları alıb oxuyan əsgərlərimizin üzündəki təbəssümü sözlə ifadə etmək çətindir.
“Əsgərə Məktub Var” kampaniyası bu gündən elan olunur, hər həftənin cümə günü saat 14:00-15:00-də Federasiyanın inzibati binasında bir yerə toplanıb, həftə sonları əsgərlərə çatdırılacaq.
İdmançılardan məktublarda adı, soyadı, yaşı və üzvü olduğu klubunu qeyd etməsini xahiş edirik. Ölkədə elan olunan koronavirus pandemiyası səbəbindən toplanmış məktubları idmançıların deyil, məşqçilərin və ya təyin edilmiş məsul şəxs tərəfindən federasiyaya çatdırması tövsiyə olunur.

CANLI YAYIM