Ferstappenin "Red Bull"da rəqibi kim olacaq?

4 Noyabr, 16:54 Sosial mediada paylaşın:
Çempionluq uğrunda mübarizə apara bilməsə də, “Red Bull” hazırda “Mersedes”dən sonra Formula 1-in ən güclü komandasıdır. Amma bu komandanın yüksək səviyyədə çıxışına təkan verən pilot Maks Ferstappendir.  Mütəxəssislərin fikrincə, onun komanda yoldaşı Aleksandr Elbon tələbələrə cavab vermir. Böyük ehtimalla mövsümün sonunda britaniyalı pilot “Red Bull”da yerini itirəcək.
Hər nə qədər “Red Bull” rəhbərliyi Elbona mövsümün sonuna qədər şans verəcəyini açıqlasa da,  əslən tailandlı pilot ümidləri doğrultmur.  Məsələn, bir neçə gün ƏVVƏL sabiq Formula 1 pilotu Jak Vilnöv    Aleksi “Red Bull” tarixinin ən zəif ikinci pilotu adlandırmışdı. Artıq mütəxəssislər avstriyalıların Elbonun əvəzinə komandaya Niko Hülkenberqi gətirəcəyini yazır.  Düzdür, bəzi mənbələr mövsümün sonunda ”Reysinq Point”dən ayrılacaq  Serxio Peresin də Hülkenberq qədər şanslı olduğunu qeyd edir. “Red Bull”un aparıcı pilotu Maks Ferstappen məsələ haqda mətbuata  konkret açıqlama verməsə də, onun atası Yos vəziyyəti təhlil edib:  “Hazırda Maksın işlərinin tam qaydasında getdiyini söyləmək olmaz. Oğluma komandada çox güclü rəqib lazımdır.  Son Qran-pridə baş verən hadisələr buna sübutdur.  “Red Bull”da yüksək səviyyəli ikinci pilot olsa, Maksın nəticələri daha da yaxşılaşar”. 
Yeri gəlmişkən, Niderland mətbuatının iddiasına görə, “Red Bull” rəhbərliyi Ferstappenin Elbon, Hülkenberq və Peres  arasında seçim edəcək.
Maks fikirləşmədən Hülkenberqin adını çəkib. Yos Ferstappen bu məlumatı təsdiqləyərək, oğlunun seçimini dəstəklədiyi söyləyib.

CANLI YAYIM