Bu gün boks həvəskarlarının diqqəti "Uembli"yə yönələcək

31 Oktyabr, 11:03 Sosial mediada paylaşın:
Boks həvəskarlarının diqqəti bu gün Londonun məşhur “Uembli” stadionuna yönələcək. Ukraynalı əlcək ustası Aleksandr Usikin britaniyalı Derek Çisora ilə qarşıdurması döyüş idman növlərinin pərəstişkarlarının zövqünü oxşayacaq...
Bu gün Londonun “Uembli” stadionunda boks həvəskarları son günlərin ən maraqla gözlənilən görüşünün şahidi olacaq. İlk ağır çəki dərəcəsində sabiq dünya çempionu Aleksandr Usik superağır çəkidə çempionluğa namizədlərdən olan Derek Çisora ilə görüşəcək. Döyüşşdən öncə hər iki boksçu tərəziyə çıxıb. Belədə Çisoranın 115,9, Usikin isə 98,5 kq çəkisinin olduğu müəyyənləşib. Döyüşdən öncə, çəkisinin az olmasının əleyhinə işləyəcəyini iddia edənlərə Usik cavab verib: “Niyə hər şeyi çəki ilə ölçürsünüz ki? Güclü olmaq çəkidən asılı olsaydı, meşənin şahı şir yox, fil sayılardı. Məni zəif sayırsınızsa, şənbə günü bunun əksini sizə sübut edəcəyəm!”Xatırladaq ki, ukraynalı boksçu karyerasında ikinci dəfə superağır çəkidə döyüş keçirəcək. Aleksandr 2019-cu ilin oktyabrında Çazz Uizerspunu məğlub edib. Çisora isə David Praysın öhdəsindən gəlib. Onu da qeyd edək ki, Usiklə Çisora may ayında üz-üzə gəlməli idi. Amma koronavirus pandemiyası səbəbindən görüş təxirə salınmışdı.

CANLI YAYIM