Bərdə və Tərtəri atəşə tutan düşmənə məxsus daha 2 “Smerç” bu gün məhv edilib

30 Oktyabr, 18:30 Sosial mediada paylaşın:
Bərdə və Tərtər şəhərlərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus növbəti 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemlərinin tutduğu mövqelər bölmələrimiz tərəfindən aşkar edilib.
Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, oktyabrın 30-u saat 12:55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.
Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

CANLI YAYIM