Ruslan Abışov: "Cəbhədən gələn xəbərlərə uşaq kimi sevinirik"

30 Oktyabr, 16:36 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan millisinin üzvü və "Sabah"ın kapitanı "azerisport" portalına müsahibə verib.
33 yaşlı futbolçu müsahibəsində Azərbaycan ordusunun cəbhədəki şücaətinə də xüsusi toxunub: "İndiki vaxtda adam heç futbolu düşünə bilmir. Az qala telefon əlimizdə məşqə çıxırıq. Bütün günü ancaq cəbhədən gələn xəbərləri izləyirik. Yaxşı xəbərlərə uşaq kimi sevinirik, pis xəbərlər isə bizi hədsiz məyus edir. Bərdə və Gəncə hadisələri düşmənə olan nifrətimizi daha da artırdı. Lakin ordumuzun zəfərləri bizə ən böyük təsəllidir. Biz bundan sonrakı həyatımızı bu zəfərin səbəbkarlarına borcluyuq".

CANLI YAYIM