"Hyuston" baş məşqçi axtarışını yekunlaşdırıb

30 Oktyabr, 13:33 Sosial mediada paylaşın:
Son illər Milli Basketbol Liqasında çempionluğun əsas favoritlərindən biri olsa da, “Hyuston Rokets” azarkeşlərinin ümidlərini doğrultmur. Bu da komandada müntəzəm olaraq məşqçi dəyişikliyinə səbəb olur. Mövsüm başa çatdıqdan sonra Mayk D`Antoninin istefası nəticəsində Texas klubunun rəhbərliyi məşqçi axtarışına çıxmışdı. Nəhayət klubun funksionerləri bu missiyanı başa vurub.
Stiven Saylas “Hyuston Rokets”in baş məşqçisi təyin olunub. Mayk D`Antoninin gedişindən sonra mütəxəssis axtarışına çıxan Texas klubunun rəhbərliyi müəyyən namizədlərlə görüşüb və nəhayət seçimini 47 yaşlı məşqçinin üzərində edib. Amerika mətbuatının yazdlğına görə Saylasla yanaşı vaxtı ilə MBA-da bir neçə klubun çalışdırıçısı olmuş Ceff van Qandi və Mayk D`Antoninin köməkçisi işləmiş Con Lukasın da adı “Rokets”lə yanaşı hallanırdı. Xatırladaq ki, Saylas 1999-cu ildən MBA-da skaut və köməkçi kimi çalışıb. Vaxtı ilə “Şarlott”da atası Pol Saylasın köməkçisi kimi çalışan Stiven ötən mövsümə qədər “Dallas”da Rik Karlaylın assisenti kimi fəaliyyət göstərirdi. Saylasın “Hyuston”da köməkçilərinin kim olacağı hələ məlum deyil. Deyilənə görə, klub rəhbərliyi Neyt Makmilan və Cef Hornasek kimi baş məşqçilik təcrübəsi olan mütəxəssislərlə danışıqlar aparır.

CANLI YAYIM