Qurban Qurbanov: "Belə rəqiblərə qarşı hər bir oyun bizim üçün böyük təcrübədir”

30 Oktyabr, 10:48 Sosial mediada paylaşın:
Avropa Liqasının qrup mərhələsində "Vilyarreal"la İstanbuldakı oyundan sonra Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
"Qarabağ"ın baş məşqçisi məğlubiyyətə baxmayaraq oyunçularından razı qaldığını söyləyib: “Futbolçularımdan razı qaldım, hər birinə təşəkkür edirəm. Həqiqətən də, çox təcrübəli, texniki cəhətdən sürətli komandaya qarşı oynadıq. Düşündüyümüz oyundan əl çəkmədik, onu sona qədər qorumağa çalışdıq. Ustalıq fərqi var, onların oyunçularının dəyəri bizdən qat-qat yüksəkdir. İkinci hissədə də bir az yorulduq. Bizim oyunçu sarıdan problemlərimiz var. İkinci hissədə müdafiədə dəyişikliklər etməli idik, amma edə bilmədik. Buna baxmayaraq, komandamız oyun nizam-intizamından əl çəkmədilər. Belə rəqiblərə qarşı hər bir oyun bizim üçün böyük təcrübədir”.

CANLI YAYIM