"Qarabağ" "Vilyyarreal"la oyunda üstünlüyünü qoruya bilmədi

30 Oktyabr, 10:37 Sosial mediada paylaşın:
Avropa Liqasında qrup mərhələsinin 2-ci turu olub. Təmsilçimiz “Qarabağ” İstanbulda “Vilyarreal”la qarşılaşıb. Məlum səbəblərdən ev oyunun Türkiyədə keçirən komandamız qrupun favori ilə oyundan hesabı açmağa da nail olub.
“Qarabağ” İstanbulda Vilyarreal-la üz-üzə gəlib. “Başakşəhər Fatih Terim” arenasında keçirilən görüşə gözlənildiyi kimi qonaqlar daha yaxşı başlayıblar. Amma ilk hissədə Qarabağın qapıçısı Şahruddin Məhəmmədəliyev inamlı oyunu ilə diqqət çəkib. Qolkiper bir neçə epizodda əla seyvlə yadda qalıb. Beləliklə fasiləyə kimi hesab açılmayıb.
2-ci hissə də eyni ssenari ilə başlayıb. Amma Qarabağın qapıçısı bir neçə epiozodda əla çıxış edib. Oyunun sonları daha maraqlı keçib. Rəqibin hücümlarına baxmayaraq görüşdə hesabı məhz Qarabağ futbolçuları açıblar. 78-ci dəqiqədə Ovusu Kvabena qapını dəqiq nişan alıb. Amma meydan sahibləri bu üstünlüklərini qoruya bilməyiblər. 2 dəqiqədən sonra Yeremi Pino tarazlığı bərpa edib. 84-cü dəqiqədə isə qonaqlar 2-ci qolu vurublar. Bu dəfə Pako Alkaser hədəfdən yayınmayıb. Görüşdə son nöqtəni də ispaniyalı hücümçu qoyub. O, penaltini dəqiq yerinə yetirib. Beləliklə “Qarabağ”ın hesabı açdığı oyunda “Vilayrreal” 3:1 hesablı qələbə qazanıb. Qrupun paralel olaraq Türkiyədə  keçirilən digər görüşündə Təl-Əviv “Makkabi”si “Sivassopor”a 2:1 hesabı ilə qalib gəlib. 2 turdan sonra “Vilyareal” və “Makkabi” maksimum nəticə ilə qrupa başçılıq edirlər. “Qarabağ” və “Sivasspor”un xalı yoxdu. Növbəti turda məhz bu iki komanda Sivasda üz-üzə gələcək. Görüş noyabrın 5-də keçiriləcək.

CANLI YAYIM