"Barselona" Turindən qələbə ilə qayıdıb

29 Oktyabr, 13:13 Sosial mediada paylaşın:
UEFA Çempionlar Liqasının H qrupunda da 2-ci tur başa çatıb. “Yuventus” doğma meydanda “Barselona”nı qəbul edib. Qonaqların üstünlüyü ilə keçən qarşılaşmanın 14-cü dəqiqəsində hesab açılıb. İspaniya klubunun heyətində Osman Dembele fərqlənib. Bundan sonra meydan sahibləri 3 dəfə rəqib qapısına yol tapsalar da, hər 3 halda oyundankənar vəziyyət qeydə alınıb. Əvəzində “Barsa” yenidən fərqlənib. Lionel Messi son dəqiqələrdə penaltini qola çevirib. “Yuventus” – “Barselona”: 0-2.
Qrupun diqər matçında “Ferentsvaroş” komandası Kiyev “Dinamo”su ilə mübarizə aparıb. Bu oyun məhsudar heç-heçə ilə yekunlaşıb. Qonaqlardan Viktor Tsiqankov və Karlos De Pena fərqlənib. Meydan sahiblərindən isə Tokmak Nquen və Frenk Boli qol vurub. 2:2.
H qrupunda böyük hesablı qələbə qeydə alınıb. “Mançetser Yunayted” “Leyptsiq”in heyətindən 5 cavabsız topa keçirib. Meyson Qrinvudla Antoni Marsial hərəyə bir dəfə fərqləndiyi halda, Markus Reşford het-trik edib.
Qrupun digər görüşü Türkiyədə keçirilib. “Başakşəhər” öz meydanında PSJ ilə qarşılaşıb. Parislilər rəqib qapısından 2 cavabsız top keçiriblər. Moyze Kin dubl edib. “Başakşəhər” – PSJ: 0-2.

CANLI YAYIM