Prezident İlham Əliyev: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”

28 Oktyabr, 16:25 Sosial mediada paylaşın:
Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev Erməni silahlı qüvvələrinin Bərdəni raket atəşinə tutması ilə bağlı rəsmi “Twitter” hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Erməni silahlı qüvvələrinin raketlərlə hücumu nəticəsində Bərdədə həlak olanlara Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verir, yaralıların şəfa tapmasını diləyirəm.
Bərdə sakinlərinin qisası yerdə qalmayacaq və döyüş meydanında işğalçılara layiqli cavab veriləcək”.

CANLI YAYIM