İkiqat olimpiya çempionunun nəticələri ləğv olundu

28 Oktyabr, 15:50 Sosial mediada paylaşın:
Rusiya idmanı dopinq bataqlığından canını qurtara bilmir. Doğrudur, son vaxtlar bu ölkədə qadağan olunmuş preparatlardan istifadə edənlərin sayı azdır. Amma şimal qonşularımız keçmişin ləkəsini üzərilərindən ata bilmirlər.
Beynəlxalq İdman Arbitraj Məhkəməsi biatlon üzrə ikiqat olimpiya çempionu Yevgeni Ustyuqovun Vankuver və Soçi Olimpiadalarındakı nəticələrini ləğv edib. Beləliklə də, rusiyalı məşhur idmançının iki qızıl medalı əlindən alınıb. Ustyuqovun 2010-cu ilin yanvarın 14-dən 2014-cü ilin sonuna qədər bütün nəticələri də yarış protokollarından çıxarılıb. buna səbəb Yevgeninin antidopinq qaydalarını pozması olub. Ustyuqovun nəticələrinin ləğv ediləməsi Vankuver və Soçi Olimpiadasında estafet yarışında qızıl medal qazanan komanda yoldaşlarının əziyyətini də puç edib. Vankuverdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan İvan Çerezov, Maksim Çudov və Anton Şipulinin, Soçidə isə yenə də Anton Şipulin, Aleksey Volkov,habelə Dmitri Malışkovun nəticələri Ustyuqova görə ləğv edilib. CAS-ın bu qərarı Rusiya idman ictimaiyyəti arasında böyük əks səda yaradıb. Ölkənin nüfuzlu idman mütəxəssisləri bu qərarı Rusiyaya qarşı siyasi gediş kimi qiymətləndirib.

CANLI YAYIM