"Mançester Siti" Fransadan böyükhesablı qələbə ilə dönüb

28 Oktyabr, 13:21 Sosial mediada paylaşın:
C qrupunda Mançester Siti Marsel səfərində "Olimpik"ə qalib gəlib. 18-ci dəqiqədə Ferran Torres "şəhərlilər"in ilk qolunu vurub. Digər qollar sona yaxın vurulub. 76-cı dəqiqədə İlkay Gündoğan fərqi artırıb. 5 dəqiqə sonra Rahim Sterlinq fərqi 3 topa çatdırıb. Qalan vaxtda hesab dəyişməyib – “Mançester Siti” – “Olimpik”  3:0
“Portu” isə öz meydanında "Olimpiakos"dan üstün olub. 11-ci dəqiqədə Portuqaliya klubunun heyətində Fabiu Vieyra müdafiəçilərin səhvindən sonra yaranan hücumu qolla tamamlayıb. Vaxtın başa çatmasına 5 dəqiqə qalmış Serjiu Oliveyra “Portu”nun üstünlüyünü 2 topa çatdırıb. Bu qol matçda sonuncu olub. C qrupunda “Mançester Siti” 6 xalla liderdir. Hərəyə 3 xal qazana “Portu” və “Olimpiakos” 2-ci, 3-cü pillələrdədilər. Hesabında xalı olmayan olimpik “Marsel” isə C qrupunun autsayderidir.
D qrupunda İngiltərə çempionu "Liverpul" azarkeşlərini qələbəylə sevindirib. "Qırmızılar" "Enfild"də “Mityulland” qəbul ediblər. Görüşdə əsas hadisələr 2-ci hissədə baş verib. 55-cj dəqiqədə Dioqu Jota Topu boş qapıdan keçirərək Mersisayd klubunu önə çıxarıb. 2-ci hissətə əlavə olunan 3-cü dəqiqədə isə Məhəmməd Salah özünün qazandığı penaltidən yararlanıb -  "Liverpul" - "Mityulland" 2:0. Yurgən Kloppun komandası  D qrupunda 2 oyundan 6 xal toplayaraq lider mövqeyində qərarlaşıb.“Atalanta” – “Ayaks” oyununda 4 qol vurulsa da, qalıb müəyyənləşməyib. Berqamoda keçirilən oyunda hesabı yarım saatın tamamında qonaqlar açıblar. Duşan Tadiç penaltinin dəqiq yerinə yetirib. Çox keçmədən Lassina Traore "Atalanta" futbolçularını 2-ci dəfə cəzalandırıb. Lakin İtaliya klubu ruhdan düşməyib. Can Pyero Qasperinin komandası fasilədən sonra hər 2 qolun əvəzini çıxıb. Duvan Sapata 54 və 60-cı dəqiqələrdə "Ayaks"ın qapısına yol taparaq, komandasını məğlubiyyətdən xilas edib -  2:2. Yurgən kloppun komandası  D qrupunda 2 oyundan 6 xal toplayan "Liverpul"  lider mövqeyində qərarlaşıb. “Atalanta” 4 xalla 2-cidir. “Ayaks” 1 xalla 3-cü, xal qazana bilməyən “Mityulland” isə sonuncu sıradadır.

CANLI YAYIM