"Araz" Çempionlar Liqasında Yunanıstan təmsilçisi ilə qarşılaşacaq

28 Oktyabr, 10:51 Sosial mediada paylaşın:
Bu gün UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında futzal üzrə Çempionlar Liqasının 2020-2021-ci illər mövsümünün ilkin mərhələsinin püşkü atılıb. 
Turnirdəki təmsilçimiz “Araz” ilkin mərhələdə Yunanıstan AEK klubu ilə qarşılaşacaq. Bir oyundan ibarət olacaq qarşılaşma 24-29 noyabr tarixlərində keçiriləcək. “Araz” rəqibi ilə səfərdə üz-üzə gələcək.

CANLI YAYIM