Hemilton Şumaxerin rekordunu yeniləyib

26 Oktyabr, 11:45 Sosial mediada paylaşın:
Formula-1 üzrə mövsümün növbəti yarışı olan Portuqaliya qran-prisi yekunlaşıb. Portiman trasında keçirilən yarış gözlənildiyi kimi Lüis Hamiltonun qələbəsi ilə yekunlaşıb.
Final mərhələsində əsas mübarizə Hemiltonla  “Mersedes” komandasından komanda yoldaşı Valteri Bottas və “Redd Bull”dan Maks Ferstappen arasında gedib. Startda daha yüngül şinlərdən istifadə edən “Maklaren” komandasının üzvü Karlos Sayns liderliyi ələ keçirsə də, sonradan Hemiltonla Ferstappen önə keçməyi bacarıb. Yürüşün sonlarına yaxın isə Hemilton finalndiyalı komanda yoldaşından da aralanmağa müvəffəq olub ki, bu da sonra britaniyalı pilotun karyerasındakı 92-ci qələbəsi ilə nəticələnib. Bununla da Lüis Hemilton Formula-1-də ümumi qələbələrin sayına əfsanəvi almaniyalı pilot Mixail Şumaxeri qabaqlamağa müvəffəq olub. Şumaxer karyerasında 91 qələbə qazanmışdı.
Portuqaliya Qran-prisində 2-ci yeri yeri Valteri Bottas, 3-cü pilləni isə Ferstappen tutub. Qeyd edək ki, Hemilton son qələbə sayəsində ümumi sıralamada komanda yoldaşı Valteri Botasla xal fərqini bir qədər də artırıb. Hazırda britaniyalının aktivində 256 xal var. Botas 179 xalla 2-ci, Maks Ferstappen isə 162 xalla 3-cüdür. Mühəndislərin yarışında da “Mersedes” liderliyini qoruyur. 2-ci yerdə “Redd Bull”, 3-cü pillədə isə “Rasinq Point” qərarlaşıb.

CANLI YAYIM