Məmmədəli Mehdiyev Budapeştdə bürünc medal qazanıb

26 Oktyabr, 10:33 Sosial mediada paylaşın:
Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə Böyük Dəbilqə turnirinə yekun vurulub. Yarışın sonunda komandamız daha bir medal qazanıb. Məmmədli Mehdiyev bürünc medal əldə edib. Bununla da, komandamız yarışı 3 mükafatla başa vurub.
Yarışın son günündə komandamız daha bir mükafat əldə edib. 90 kqda
Məmmədəli Mehdiyev fəxri kürsüyə qalxıb. O, bürünc medal uğrunda yarışda Niderland idmançısı Noel Van Endiyə qalib gəlib. Qeyd edək ki, yarışın son günündə Rüfət İsmayılov, Elmar Qasımov, Zelim Kotsoyev, Camal Feyziyev və Uşangi Kokauri də tatami üzərinə çıxıblar. Amma onlar mükafatçılar sırasına düşə bilməyiblər. Beləliklə Tokio Olipiya Oyunlarına lisenziya xalları verən yarışı komandamız 3 mükafatla başa vurub. Xatırladaq ki, əvvəlki günlərdə Rüstəm Orucov qızıl, Orxan Səfərov isə bürünc medal qazanmışdı. Bununla da, cüdoçularımız komanda hesabında yarışı 5-ci yerdə yekunlaşdırıblar. Ilk 3-lükdə Rusiya, Fransa və Türiyə cüdoçuları qərarlaşıblar.

CANLI YAYIM