Formula-1 Azərbaycan Qran-Prisinin vaxtı bəlli oldu

30 Avqust, 11:43 Sosial mediada paylaşın:
Beynəlxalq Avtomobil Federasiyası “Formula 1” üzrə 2020-ci il mövsümünün təqvimini təsdiqləyib. Azərbaycan Qran Prisi 5-7 iyunda keçiriləcək. Bu, paytaxtda reallaşacaq 5-ci “Formula 1” yarışı olacaq. İlk Qran Pri martın 15-də Avstraliyanın Melburn şəhərində, sonuncusu isə noyabrın 29-da Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təşkil ediləcək. 2019-cu il mövsümündə Bakıdakı yarış 26-28 apreldə keçirilib və Almaniyanın “Mercedes” komandasının pilotu Valtteri Bottas birinci yeri tutub.