"Jalgiris"i saxlayan tapıldı

23 Oktyabr, 14:03 Sosial mediada paylaşın:
Basketbolçuların Avroliqa yarışında 5-ci turun 3 qarşılaşması olub. Əsas diqqət çəkən nəticə turnir cədvəlinin lideri, ilk 4 turda qalib gələn "Jalgiris"in uduzmasıdır.
“Jalgiris” doğma meydanda “Valensiya”nı qəbul edib. İlk 4 turda qalib gələn Litva klubunun uğurlu seriyası başa çatıb. Hərçənd ki, meydan sahibləri fasiləyə kimi 8 xallıq üstünlük əldə ediblər. Amma son 2 hissədə “Valensiya” basketbolçuları təşəbbüsü ələ alıblar və qələbə qazanıblar  - 94:82.
 
Yunanıstanda prinsipial rəqiblər “Panatinaikos” və “Fənərbağça” üz-üzə gəlib. Istanbul klubu görüşün favoriti sayılsa da, meydan sahibləri qalib gəliblər - 82:68. Nemanya Nedoviç 28 xalla qarşılşmanın ən məhsuldar basketbolçusu olub. Qeyd edıək ki, mövsümə uğursuz başlayan “Fənərbağça” ardıcıl 3-cü görüşündə uduzub.
 
Serbiyada keçirilən “Srvena Zvezda” ÇSKA qarşılaşması gərginliyi ilə diqqət çəkib. Oyunun əsas vaxtı heç-heçə bitib - 73:73. Overtaymda isə Serbiya tıəmsilçiləri daha yaxşı çıxış ediblər  - 86:84.  31 xal toplayaraq görüşün qəhrəamnı olan Djordan Loyd günün ən məhsuldar basketbolçusu olub. Moskva klubunun heyətində isə Daniel Heket 29 xalla diqqət çəkib.

CANLI YAYIM