Albonun "Red Bull"dan göndəriləcəyi istisna edilmir

21 Oktyabr, 17:29 Sosial mediada paylaşın:
Son illər Formula 1-də “Mersedes” əsas söz sahibi olsa da, “Red Bull” da çempionata rəng qatan komandalardandır. Amma “Mersedes”də pilotlar arasında olan nisbi balans, “Red Bull”da yoxdur. Ona görə də Avstriya komandasında növbəti mövsüm dəyişiklik gözlənilir.
“Red Bull”un məsləhətçisi Helmut Marko komandanın növbəti mövsüm üçün planlarından danışıb. Avstriyalı funsksioner pilot seçimi ilə bağlı danışarkən, müəyyən mülahizələr yürüdüb. O, Aleks Albonun “Red Bull”da qalacağına təminat verməyib: “Aleks inkişaf edəcəyi halda, komandada qalacağ. Sürətli döngələrdə o, Maks Ferstappen səviyyəsindədir. Amma Albon bəzi döngələrdə çox vaxt itirir. Onun hansı qərar qəbul edəcəyini müəyyənləşdirmək olmur. Albon ümidləri doğrultmasa, biz öz proqramımıza dəyişiklik etmək məcburiyyətində qalacağıq. Belədə komandya Serxio Peres və ya Niko Hyulkenberqi dəvət edə bilərik”. Xatırladaq ki, son vaxtlar Aleks Albonun “Red Bull”dan göndəriləcəyi ilə bağlı şayiələr dolaşır. Onun komanda yoldaşı Maks Ferstappen kimi yüksək səviyyədə yarışmaması “qırmızı öküzlər” üçün problemə çevrilib.

CANLI YAYIM