"Trento"nu saxlayan tapılmır

21 Oktyabr, 15:05 Sosial mediada paylaşın:
Basketbolçuların Avrokubok yarışında 4-cü tur davam edir.
A qrupunda Serbiyanın “Partizan” komandası Türkiyənin “Bahçeşehir” klubu ilə üz-üzə gəlib. İlk 3 oyunda məğlub olan “Bahçeşehir” bu dəfə də azarkeşlərini məyus edib. Serbiyalılar 82-76 hesabı ilə qalib gəliblər.
B qrupunda isə Monteneqronun “Mornar” klubu ilə Fransanın “Levallois” komandası qarşılaşıb. İlk dəqiqələrdən üstünlüyə yiyələnən fransızlar sonadək təşəbbüsü əldən verməyiblər. “Levallois” – “Mornar”: 78-65 D qrupunun lideri “Trento” ilk 3 görüşdə olduğu kimi bu dəfə də qələbəyə iddialı olub. Sloveniyanın “Tsedevita” komandası ilə qarşılaşan italiyalılar ardıcıl 4-cü görüşdə də qalib gəliblər: 61:51  

CANLI YAYIM