AzTV-nin əməkdaşı Ağdamda yaralı qadını xilas etdi, özü də xəsarət aldı

19 Oktyabr, 17:01 Sosial mediada paylaşın:
Azərbaycan Televiziyasının çəkiliş qrupu Ağdamda atəşə tutulub.
Əməkdaşımız Anar Şuşalı səhər saatlarında Bənövşələr kəndinə çəkilişə gedərkən oraya mərmi düşüb.
A.Şuşalı bədəninin müxtəlif nahiyələrindən qəlpə yarası alıb. Ona ilkin tibbi yardım göstərilib. Hazırda vəziyyəti yaxşıdır.
“Kəndə indicə çatmışdıq ki, mərmi yaxınlıqdakı evə düşdü. Mərminin qəlpəsindən mən də yaralandım. Yanımızdakı evdən bir qadın səsi gəldi. Qapını açıb evə girdim. Gördüm yaşlı qadın yaralı halda uzanıb, amma yaşayır. Onu çıxarıb maşına gətirdim. Ərazidən çıxdıq. Onu xəstəxanaya çatdırdıq. Elə xəstəxanada da mənə tibbi yardım göstərildi”, - deyə A.Şuşalı bildirib.

CANLI YAYIM