“Qarabağ” "Neftçi"nin rekordunu təkrarladı

19 Oktyabr, 16:26 Sosial mediada paylaşın:
"Qarabağ” mövsümdə ilk böyükhesablı qələbəsini qazanıb.
Bu, VI turun “Qəbələ” ilə ev qarşılaşmasına təsadüf edib. Ağdam təmsilçisi 3:0 hesablı qələbə əldə edib. "Köhlən atlar" ölkə çempionatlarında 108-ci dəfə üç və ya daha çox top fərqilə qalib gəlib. “Qarabağ” qatıldığı 29 mövsümdən 27-də hesabına böyükhesablı qələbə yazıb. Əyalət təmsilçisi yalnız 1993 və 2005/06 mövsümündə belə nəticə əldə etməyib. Ağdam klubu bununla da “Neftçi”nin rekordunu təkrarlayıb. Paytaxt təmsilçisi 27 müxtəlif mövsümdə böyük hesabla qalib gəlməyi bacarıb.

CANLI YAYIM