Hadurutu işğaldan azad edən hərbçilərimiz -FOTOLAR

19 Oktyabr, 14:19 Sosial mediada paylaşın:
Azərbaycan Müdafiə Nazirliyi Hadrut qəsəbəsinin işğaldan azad olunmasında fədəkarlıq nümayiş etdirən hərbçilərimizin fotolarını paylaşıb.
Paylaşımda deyilir: “Hadrut qəsəbəsi 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.
Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi və ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu”. 
Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərimizdən bir neçəsini təqdim edirik:

CANLI YAYIM