Azərbaycan çempionatında 6-cı tur başa çatdı

19 Oktyabr, 13:31 Sosial mediada paylaşın:
Futbol üzrə Azərbaycan çempionatında 6-cı tura 2 oyunla yekun vurulub. Hər iki görüşdə meydan sahibləri qələbə qazanıblar. “Neftçi” “Sabah”dan, “Sumqayıt” “Zirə”dən üstün olub. 6-cı tur həm də lider dəyişikliyi ilə əlamətdar olub. Mövsümdə 3-cü qalibiyyətini əldə edən Sumqayıt təmsilçisi zirvəyə yüksəlib.
“Neftçi” – “Sabah” oyunun taleyini 1 qol həll edib. Namiq Ələsgərov fərqlənərək meydan sahiblərinə minimal hesablı qələbə qazandırıb. Qeyd edək ki, “Neftçi” görüşü 10 nəfərlə tamamlayıb. Belə ki, 75-ci dəqiqədə Mamadu Kane qırmızı vərəqə ilə cəzalandırılıb.
“Sumqayıt” – “Zirə” qarşılaşmasında isə 3 qol vurulub. 28-ci dəqiqədə Əli Qurbani penaltidən yararlana bilməyib. Amma Az sonra meydan sahibləri istəklərinə çatıblar. Rəhim Sadıxov fərqlənib. 5 dəqiqədən sonra tarazlıq bərpa olunub. Davit Volkov qapını dəqiq nişan alıb. Fasilədən sonra Tellur Mutellimov Sumqayıtın qələbə qolunu vurub 2-1. Qeyd edək ki,  6 turdan sonra “Sumqayıt” 11 xalla 1-ci pilləyə yüksəlib. “Zirə” və “Neftçi”nin 10 xalı var. Onlardan 1 xal geri qalan “Keşlə” 4-cü yerdədir. 1 oyun az keçirən “Qarabağ” 8 xalla 5-ci pillədə qərarlaşıb. 6 xala malik sabah 6-cıdır. Son 2 pillədə isə 4 xal toplayan “Səbail” və “Qəbələ”dir.

CANLI YAYIM