Pandemiya dövründə MBA klublarının maliyyə itkiləri hesablanıb

19 Oktyabr, 10:04 Sosial mediada paylaşın:
Koronaviurs pandemiyası bu il bütün idman yarışlarına olduğu kimi, basketbol liqalarına da ciddi təsir göstərdi. Bu mənada MBA-nı xüsusi fərqləndirə bilərik. Dünyanın ən nüfuzlu basketbol turnirində iştirak edən komandalar ili ciddi maliyyə itkisi ilə başa vurmaq üzrədir.
Milli Basketbol Liqasında mövsüm başa çatsa da, koronavirus pandemiyası çempionatın normal şəraitdə keçirilməsinə mane oldu. Bəşəri bəla liqanın bütün komandalarının planlarına mənfi təsir göstərdi. Klublar ciddi manliyyə itkiləri ilə üzləşdi. Müntəzəm çempionatın yarımçıq dayandırılması, daha sonra komandaların Orlandoya yığışıb qapalı məkanda çempionata davam etməsi məcburiyyətdən atılan addım idi. Ən əsası liqanın azarkeşsiz davam etdirilməsi klubların müflisləşməsinə səbəb oldu.Yeri gəlmişkən, Amerika mətbuatı klubların bu müddət ərzində maliyyə itkilərini hesablayıb. Ümumilikdə pandemiyaya görə liqanın 30 komandası 694 milyon dollar itirib. Ən çox maliyyə itkisi ilə isə mövsümü çempion kimi başa vuran “Los Anceles Leykers” klubu üzləşib. Lebron Ceymsin çıxış etdiyi komanda mövsümü 52,7 milyon dollar ziyanla başa vurub. “Nyu-York Niks” 45 milyon, “Qolden Steyt” 42,5 milyon dollar itirib. Ən az ziyan çəkən klub “Memfis” olub. “Qrizlis”in itkiləri 10,4 milyon avro dəyərində qiymətləndirilir.

CANLI YAYIM