Ali baş komandan Füzuli şəhərinin işğaldan azad olunduğunu elan edib
17 Oktyabr, 10:42Sosial mediada paylaşın:
Prezident İlham Əliyev xalqa müraciət edib. Dövlət başçısı bildirib ki, Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan azad edilib.