"Hyuston Rokets"də növbəti istefa

16 Oktyabr, 16:26 Sosial mediada paylaşın:
MBA-da başa çatan mövsümün ən uğursuz komandalarından biri də “Hyuston Rokets”dir. Ceyms Hardenin ətrafında komanda quran, ötən yay “Oklahoma Siti Tander”dən Rassell Uestbruku gətirən texaslılar konfrans finalına çıxmamaqla azarkeşlərini məyus etdi. Bu uğursuzluqdan sonra “Rokets”də ciddi islahatlar gözlənilirdi...
:“Hyuston”un baş meneceri Deril Mori istefa vermək qərarına gəlib. Amerika mətbuatının yazdığına görə,  idarə heyətinin rəhbəri klubun sahibi Tilman Fertittaya müraciət edərək onu vəzifəsindən azad etməyi xahiş edib. Deyilənə görə, hətta Mori konfrans yarımfinalda “Leykers”ə məğlubiyyətdən sonra klubun sahibi ilə görüşərək daha işləmək istəmədiyini də bildirib.  Xatırladaq ki, adıçəkilən şəxs son 13 ildə klubun baş meneceri vəzifəsində çalışıb. “Hyuston”dan gedəcəyini açıqlayan Mori yenə də MBA klublarının birində çalışmağa hazır olsa da, ailəsinə vaxt ayırmaq haqda fikirləşir. Qeyd edək ki, Morinin istefasından öncə “Rokets”in baş məşqçisi Mayk D`Antoni də klubdan getmişdi. Amerika mətbuatının yazdığına görə, “Hyuston” yeni baş məşqçi tapana qədər Mori klubda məsləhətçi kimi çalışacaq. Morinin gedişindən sonra isə klubun basketbol məsələləri üzrə əməliyyatçısı Rafael Stonunun bu vəzifəni tutacağı gözlənilir.

CANLI YAYIM